YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Azərbaycanda qadın hüquqlarının təmin edilməsi istiqamətində dövlətimiz zəruri tədbirlər həyata keçirir

«Azərbaycanda qadın hüquqlarının təmin edilməsi istiqamətində dövlətimiz zəruri tədbirlər həyata keçirib və bu proses davam etməkdədir». Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, hökumət ölkədə gender bərabərliyinin gücləndirilməsi məqsədi ilə mühüm işlər görür. Onun sözlərinə görə, bu, dövlətimizin qadınlara olan diqqət və qayğısının bariz nümunəsidir.

 «Azərbaycan gender bərabərliyi ilə əlaqədar  beynəlxalq konvensiya və digər sənədləri ratifikasiya edib. Eyni zamanda, beynəlxalq təşkilatlarla əməkdaşlığımız gender bərabərliyinin təmin olunmasında öz dəstəyini göstərir»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.