YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində Qərb və Rusiya daha çox ortaq mövqedən çıxış edirlər

«Qərbin Moldovada «Dnestryanı Respublika», Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişələrinin həll edilməsi ilə bağlı mövqeyi bəllidir». Bunu YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi,  politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Qərb Moldova və Gürcüstanın əraziləri ilə bağlı münaqişələri Rusiyanın geopolitik ambisiyalarının nəticəsi hesab edir. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində isə Qərb və Rusiya daha çox ortaq mövqedən çıxış edirlər.

«Bununla yanaşı, hər iki tərəfin geosiyasi maraqları var. Təbii ki, bu da müqaqişənin həll olunmamasında öz sözünü deyir»- deyə, politoloq qeyd edib.