YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qubadlı rayon təşkilatı «700 min ağac əkək» kampaniyası çərçivəsində Sumqayıt şəhərində ağacəkmə aksiyası keçirib

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar YAP Qubadlı rayon təşkilatı «700 min  ağac əkək» kampaniyası çərçivəsində Sumqayıt şəhərində ağacəkmə aksiyası keçirib. Aksiyada YAP Qubadlı rayon təşkilatının idarə heyəti və şura üzvləri, partiya fəalları iştirak ediblər. 100-dən çox Qubadlı rayonundan olan məcburi köçkünlərin yaşadığı Sumqayıt şəhər 41-ci məhəllədə yerləşən 10 saylı peşə liseyinin və Qubadlı rayon Dəmirçilər kənd tam orta məktəbinın fəaliyyət göstərdiyi ərazinin ətafında ayrılmış ərazidə 300-dən çox ağac əkilib və tinglər suvarılıb.

Ağacəkmə aksiyası ilə bağlı fikirləri bölüşən YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev bildirib ki, YAP Qubadlı rayon  təşkilatının keçirdiyi aksiya partiyamızın 25 illiyi ilə bağlı tədbirlərin tərkib hissəsidir. A.Haxverdiyev «700 min  ağac əkək» kampaniyasının 2018-ci ildə də davam edəcəyini, Qubadlı rayonundan olan məcburi köçkünlərin yaşadıqları ərazilərdə ağac və bəzək bitkiləri əkiləcəyini deyib. Qeyd olunub ki, bu kampaniya həm də ölkəmizdə yaşıllığın genişləndirilməsinə, ekoloji durumun daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək.