YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazim İbrahimov: Azərbaycan dünyanın qlobal problemlərinin həlli mərkəzinə çevrilib

«İkinci Qlobal Açıq Cəmiyyətlər Forumu bir daha onu göstərir ki, Bakı artıq beynəlxalq mərkəzə çevrilib. İki gün ərzində dünyanı narahat edən bir çox qlobal problemlər müzakirə olunacaq, onların həlli yolları tapılacaq». Bu fikirləri

jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

 N. İbrahimov bildirib ki, tədbirdə dünyanın 50-dən artıq ölkəsindən yüksək səviyyəli dövlət adamları iştirak edir. Onun sözlərinə görə, Azərbaycanın tanıdılması istiqamətində bu forumun böyük əhəmiyyəti var.

«İki gün ərzində bir sıra problemlər, o cümlədən regional münaqişələr müzakirə olunacaq. Dağlıq Qarabağ münaqişəsi, qaçqınların durumu müzakirə ediləcək. Ümumiyyətlə, hesab edirik ki, Azərbaycana qarşı ikili standart məsələsini bir daha dünya ictimaiyyətinə çatdırmağa nail olmaq istiqamətində bu forumun böyük rolu olacaq. Biz bu forumu hər il keçirməyi nəzərdə tuturuq. Növbəti illərdə keçiriləcək forumlar daha geniş olacaq, daha böyük auditoriyanı əhatə edəcək. Azərbaycan daha çox tanıdılacaq. Əsas odur ki, Azərbaycan ətrafımızda bu qədər qlobal problemlərin olduğu bir vaxtda stabil ölkə kimi dünyanın qlobal problemlərinin həlli mərkəzinə çevrilib»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.