YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asəf Hacıyev: QDİƏT PA Azərbaycanın “Ekspo 2025” sərgisinə ev sahibliyi etmək iddiasını dəstəkləyir

Azərbaycanın “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək iddiasının ölkənin üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi mühüm amildir.

Bu sözləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) baş katibi, akademik Asəf Hacıyev bildirib. Azərbaycanın Antalyada keçirilmiş “Ekspo 2015” və Astanada təşkil edilmiş “Ekspo 2017” sərgilərində uğurla təmsil olunduğunu və bu sahədə böyük təcrübə qazandığını vurğulayan baş katib deyib: “Ekspo” sərgilərinin təşkili üçün mühüm amillərdən biri də pavilyonun qurulmasıdır. Bu iş böyük təcrübə, yüksək təşkilatçılıq və peşəkar yanaşma tələb edir. Azərbaycan “Avroviziya” mahnı müsabiqəsi və Birinci Avropa Oyunları üçün tamamilə fərqli təqdimatlarda yeni məkanlar qurdu. Bu, beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılandı. Hesab edirəm ki, Azərbaycan “Ekspo 2025” sərgisinin təşkilində də yeni bir model ortaya qoymaq imkanına malikdir. QDİƏT Parlament Assambleyası Azərbaycanın bu təşəbbüsünü alqışlayır və təşkilata üzv ölkələri bu iddianı dəstəkləmək üçün çağırış edəcək”.