YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsal Qasımlı: 2017-ci il dərin iqtisadi islahatlar və sabitləşmə ili olub, böhran arxada qalıb

2017-ci il dərin iqtisadi islahatlar və sabitləşmə ili olub, artıq böhran arxada qalıb və ölkə iqtisadiyyatı yeni inkişaf tsiklinə qədəm qoyub.

Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı cari ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

V.Qasımlı qeyd edib ki, bu il respublikada biznes mühitinin əlverişliyini artırmaq istiqamətində iqtisadi islahatlar davam etdirilib.

2015-ci il noyabrın 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. 2017-ci ilin oktyabr ayında isə yoxlamaların dayandırılması ilə bağlı müddət uzadılıb.

Həmçinin vurğulanıb ki, cari ildə Ümumi Daxili Məhsulun artım dinamikası tarazlaşdırılıb və 2018-ci ildə yeni iqtisadi yüksəliş üçün əsaslar yaradılıb.