YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə naziri Zakir Həsənov cəbhəboyu zonada zirehli texnikaların döyüş qabiliyyəti ilə tanış olub

Cəbhəboyu zonada səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tank bölmələrində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, zirehli texnikaların döyüş qabiliyyəti və tətbiqi imkanları ilə tanışlıq zamanı məruzə edilib ki, silahlanmadakı bütün hərbi texnika döyüşə hazır vəziyyətdədir.

Zakir Həsənov zirehli texnikalarda atış və sürücülük çalışmalarının öyrənilməsi üçün nəzərdə tutulmuş trenajor kompleksində təlim-məşq qurğularına baxış keçirib və mərkəzin tədris imkanlarını yüksək qiymətləndirib.

Bildirilib ki, təlim mərkəzində trenajorlar vasitəsilə zirehli texnikaların idarə olunması və döyüş tətbiqi üzrə praktiki vərdişlər təkmilləşdirilir.

Burada məşq edən şəxsi heyətə Prezident, Ali Baş Komandan İlham Əliyevin bayram təbrikləri çatdırılıb və fərqlənən hərbi qulluqçular mükafatlandırıb.