YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Azərbaycanda bütün sahələrdə olduğu kimi idmanın da inkişafı Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır

«Azərbaycanda bütün sahələrdə olduğu kimi, idmanın da inkişafı Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev ölkəmizdə ikinci dəfə hakimiyətə qayıtdıqdan sonra idmanın inkişafında dönüş yarandı.  1994-cü ilin mart ayının 5-də ilk dəfə Əl Oyunları Sarayında bütün idmançıları, idmansevərləri bir araya gətirən Ulu öndər idmana qayğını öz üzərinə götürdüyünü bəyan etdi». Bu fikirləri yap.org.az saytına Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, məhz Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsləri və fəaliyyəti nəticəsində bütün digər sahələrdə olduğu kimi, idmanda da böyük uğurlar əldə olunmağa başlandı. Onun sözlərinə görə, Ulu öndər idmançılarımızın sosial problemlərinin həllinə daim qayğı ilə yanaşırdı, onların əməyini yüksək qiymətləndirirdi.

«Sevindirici haldır ki, Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də idman sahəsinin inkişafına böyük həssaslıqla yanaşır, bu istiqamətdə çox böyük işlər görülür. 1997-ci ildə cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra idmanın inkişafında yeni mərhələ başladı. Artıq hər il ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışları keçirilir. Bu da Prezidentimizin apardığı düzgün siyasətin nəticəsidir ki, bu gün dünyada beynəlxalq yarışların keçirilməsini ölkəmizə həvalə edirlər. Hesab edirəm ki, Azərbaycan idman sahəsində dünya üzrə ən inkişaf edən dövlətlərdəndir»- deyə, A.Abiyev qeyd edib.