YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə naziri ön xətt bölmələrinin döyüşə hazırlıq vəziyyətini yoxlayıb

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən bölmələrdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, məruzələri dinlədikdən sonra müdafiə naziri üzbəüz düşmən mövqelərini müşahidə edib, ön xətdəki vəziyyətlə yerində tanış olub.

Sonra hərbi hissələrdən birinin yeni inşa edilən dayaq məntəqəsinin, digər hərbi hissədə isə hərbi texnika üçün nəzərdə tutulmuş avtoparkın açılışını edən nazir hərbi texnikanın döyüşə hazırlıq səviyyəsini yoxlayıb.

Hərbi qulluqçularla görüşdə Ali Baş Komandanın bayram təbrikləri şəxsi heyətə çatdırılıb, xidmətdə fərqlənənlər mükafatlandırılıb.