YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Qazanılan nailiyyətlər ölkəmizi dünyada idman mərkəzlərindən birinə çevrir

«Azərbaycan idman sahəsində böyük nailiyyətlər əldə etməkdədir. Bu nailiyyətlər ölkəmizi dünyada idman mərkəzlərindən birinə çevrir». Bu fikri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Onun sözlərinə görə, uğurlu idman siyasəti nəticəsində ölkəmiz böyük nailiyyətlər qazanır.

«Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan I Avropa Oyunları, Formula-1 yarışları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunları ilə yanaşı, atıcılıq üzrə mötəbər turnirlərə də ev sahibliyi edir. Ölkəmizdə atıcılıq idmanının inkişafı üçün əlverişli şəraitin yaradılıb, maddi-texniki baza ən yüksək tələblərə cavab verir. Bütün bunlar gələcəkdə daha böyük uğurların qazanılmasını şərtləndirir»- deyə, komitə sədri  vurğulayıb.