YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan beynəlxalq müstəvidə böyük nüfuz sahibi olan dövlətdir

«Azərbaycan beynəlxalq müstəvidə böyük nüfuz sahibi olan dövlətdir. NATO-nun Uelsdə keçirilən sammiti bunu bir daha təsdiq etdi». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, NATO Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib. Onun sözlərinə görə, qurumun bu mövqeyinin rəsmi sənədlərində də əksini tapması mühüm amildir.

«Çünki Ermənistan-Azərbaycan münaqişəsinin diplomatik vasitələrlə həlli prosesində beynəlxalq təşkilatların qəbul etdiyi bu sənədlər vacib rol oynayır. Bu o deməkdir ki, dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişə bu prinsip əsasında həll olunmalıdır. Artıq Ermənistan hakimiyyəti yaranmış vəziyyətlə əlaqədar açıq şəkildə öz narahatlıqlarını bildirir. Bu, onların növbəti diplomatik məğlubiyyətidir»- deyə, komitə sədrinin müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv