YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Dayanıqlı inkişafa nail olmaq üçün ölkəmizin potensialı böyükdür

«Dövlət büdcəsinin ÜDM-də payını 35 faizə çatdıra bilsək, Dayanıqlı İnkişaf Məqsədlərinin xeyli hissəsinə nail ola bilərik». Bu fikri  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, hazırda dövlət büdcəsi ÜDM-in 29-30 faizini təşkil edir. Onun sözlərinə görə, büdcədə müdafiə olunan xərclərlə bağlı dinamika artıb.

«ÜDM-nin artımı ilə müdafiə olunan xərclər arasında təhlillər aparılmalıdır. Əminəm ki, Azərbaycan BMT tərəfindən hazırlanan Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı proqramdan irəli gələn öhdəlikləri  yerinə yetirəcək. Ölkəmiz bütün sahələrdə olduğu kimi bu sahədə də nailiyyətlər qazanacaq. Çünki dayanıqlı inkişafa nail olmaq üçün ölkəmizin potensialı böyükdür»-deyə, komitə sədri qeyd edib.