YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Ermənistanın çıxış yolu yoxdur

«Ermənistanın çıxış yolu yoxdur». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, işğalçı dövlət dərin siyasi, sosial-iqtisadi böhran içərisindədir. Onun sözlərinə görə, Ermənistanı bu vəziyyətə terrorçu hakimiyyəti salıb.

«Ermənilər yaxşı başa düşürlər ki, bizim torpaqlarımızı işğal altında saxlamaq onlara heç bir fayda verməyəcək. Bu gün bütün dünya Ermənistanın vassal dövlət olduğunu yaxşı bilir. Xaricdən aldığı yardımlarla, diasporun verdiyi ianələrlə yaşayan dövlətin gələcəyi yoxdur. Baxmayaraq ki, bir sıra beynəlxalq təşkilatlar və dövlətlər Ermənistanın işğalçılıq siyasətinə sərt reaksiya vermir, amma bu ölkə geriləməkdə davam edir. Rəsm Yerevanın çıxış yolu işğal etdiyi torpaqlarımızın azad edilməsindədir»- deyə, E.Məmmədov qeyd edib.