YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saltuk Düzyol: TANAP-la Türkiyəyə ilk təbii qaz gələn il iyulun 1-də veriləcək

Azərbaycan təbii qazını Türkiyəyə və qardaş ölkədən də Avropaya nəql edəcək Trans-Anadolu qaz boru kəmərinə (TANAP) sınaq məqsədilə ilk qaz gələn ilin yanvarında vurulacaq.

Bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol məlumat verib.

TANAP-ın baş direktoru əlavə edib: “Layihə üzrə Faza-0, yəni 2018-ci ilin ortalarında Türkiyəyə ilk təbii qazın verilməsi üçün görüləcək işlər çərçivəsində gələn ilin yanvar ayı ərzində genişləndirilən Cənubi Qafqaz Boru Kəmərindən (CQBKG) TANAP-a sınaq və istismara hazırlıq məqsədilə ilk qaz qəbul edilməyə başlayacaq. Sınaq və istismara hazırlıq üzrə təbii qazın qəbulu gələn il iyun ayının sonuna qədər davam edəcək. Türkiyəyə kommersiya məqsədilə ilk təbii qaz isə 2018-ci il iyulun 1-də veriləcək”.