YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Əhmədoğlu: Ermənistanın xarici siyasəti geriləyir

«Ermənistan prezidenti Serj Sarkisyan NATO-nun Uelsdə keçirilmiş sammitinin yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəklənəcəyini bilə-bilə iştirak etdi. Məhz Serj Sarkisyan bu maddəyə görə, NATO-nun 2010-cu il Lissabon və 2012-ci il Çikaqo sammitində iştirak etmədi. Onun Uels sammitinə qatılması isə o deməkdir ki, iki il ərzində Serj Sarkisyanın apardığı siyasət Ermənistanı elə hala salıb ki, əvvəllər Azərbaycanla bağlı qoyduğu qadağaları pozmağa məcbur olub».  Bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, Sarkisyanın NATO-nun Uels sammitində iştirak etməklə həm də, özünü Qərbə yaxın göstərmək istəyirdi. Ancaq, fakt budur ki, məhz Azərbaycanın apardığı siyasət nəticəsində Ermənistan həm daxildə siyasət qura bilmir, həm də xarici siyasəti geriləyir.

«Bunun sübutu isə onun təyyarədən düşən kimi dərhal hakim Respublika partiyasının iclasını keçirməsidir. Bu iclasda isə Serj Sarkisyan açıq şəkildə düşüdükləri durumu təsvir etdi. O etiraf etdi ki, hətta deputatların parlamentin iclaslarına qatılmaması Ermənistanda vəziyyəti çətinləşdirir. Yəni Ermənistan o qədər ağır vəziyyətdədir ki, Serj Sarkisyan deputatlara yalvarır ki, iclasla qatılsınlar. Hesab edirəm ki, bu hədsiz dərəcədə böyük etirafdır»- deyə, politoloq qeyd edib.