YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

“700 min ağac əkək” kampaniyası Şəmkir rayonunda uğurla davam edir

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar keçirilən “700 min ağac əkək” kampaniyası Şəmkir rayonunda davam etdirilir.

Dekabrın 19-da YAP Şəmkir rayon təşkilatının fəalları və rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin işçiləri ilə birlikdə 1000 ədədə qədər meyvə ağacları əkilmişdir.

Ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizllənib. Yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstərilib.

Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının tədbirlər planına müvafiq olaraq “700 min ağac əkək” kampaniyası dövründə mərhələli şəkildə ağacəkmə aksiyası gələn ilin mart ayına qədər davam etdirləcək. Bu möhtəşəm kampaniya Şəmkirdə yaşıllığın genişləndirilməsinə, ekoloji durumun daha da yaxşılaşdırılmasına böyük töhfə verəcək.