YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın qoşulduğu “Eko Rəsm Gündəliyi 2014” beynəlxalq müsabiqəsinin milli mərhələsinə start verildi

Azərbaycanda məktəblilər arasında keçirilən “Eko Rəsm Gündəliyi 2014” (“Eco Picture Diary 2014”) beynəlxalq müsabiqəsinin milli mərhələsinə start verildi.

Sentyabrın 10-da Bakıda Heydər Əliyev Mərkəzində yarışmanın elan olunması ilə bağlı tədbir keçirildi.

Humanitar və sosial layihələr departamentinin direktoru Vüqar Məmmədov, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin icraçı direktoru Yusif Məmmədəliyev, Təhsil Nazirliyinin nümayəndəsi Vasif Məmmədov, Panasonic Marketingin MDB nümayəndəsi Alisa Lavrentyeva və başqaları çıxış edərək layihənin əhəmiyyətindən söz açdılar.

Bildirildi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan 2013-cü ildən bu müsabiqəyə qoşulub. Yerli məktəblilər Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Panasonic Marketing MDB-nin (PMCIS) və UNESCO-nun dəstəyi ilə bu yarışmada iştirak edirlər.

Layihənin məqsədi gənc nəsil arasında ekoloji mədəniyyətin təbliği, ətraf mühitə daha diqqətli və qayğıkeş münasibətin formalaşdırılması, təbiətin və insan sağlamlığının qorunması üzrə fəal vətəndaş mövqeyinin formalaşdırılması, ekoloji problemlərin həllinə yönələn fəaliyyətə uşaqların cəlb olunmasıdır.

Müsabiqə Bakı və Gəncə şəhərlərini əhatə edir. 5000 ədəd xüsusi “Eko Gündəlik” sentyabrın 15-16-da müəllimlər tərəfindən şagirdlərə paylanılacaq.

Beynəlxalq “Eko Rəsm Gündəliyi” müsabiqəsi 6 ildir keçirilir və artıq 50-dən çox ölkəni əhatə edir.