YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Siyəzən rayon təşkilatı “700 min ağac əkək” kampaniyasına start verib

Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatı YAP-ın yaranmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək” kampaniyasına start verib.

“700 min ağac əkək” kampaniyası Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Siyəzən rayonunda da yüksək əhval-ruhiyyə ilə həyata keçirilir. Aksiyaya fəal qoşulan rayon təşkilatının üzvləri, rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin kollektivi ilə birlikdə meşə zolağında 850 ağac əkiblər.

Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatı ağacəkmə kampaniyası dövründə tədbirlər planına müvafiq olaraq, mərhələli şəkildə  partiya üzvlərinin sayına uyğun ağac əkməyi planlaşdırır.