YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Tərtər rayonunda 4 min ağac əkilib

YAP Tərtər rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə keçirilən “700 min ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası davam etdirilir.

YAP Tərtər rayon təşkilatı və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tərtərin Buruc–Hüləbətli kəndləri ərazisində yerləşən meşə zolağının 3 hektar sahəsində 4 min ədəd ağacların əkilməsi başa çatdırılıb.

Rayon təşkilatından verilən məlumata görə, qrafikə uyğun olaraq ağac əkmə kampaniyası davam etdiriləcək.

 

DİGƏR Partiya xəbərləri Arxiv