YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Nizami rayonunda “700 min ağac əkək” aksiyası keçirib

YAP Nizami rayon təşkilatı və Nizami rayon icra Hakimiyyəti birgə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə “700 min ağac əkək” aksiyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirib.

Ekoloji mühitin sağlamlaşdırılması məqsədilə keçirilən aksiyada partiya fəalları, könüllülər, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiya zamanı 600-ə yaxın ağac əkilib.

Ümumiyyətlə, cari ilin oktyabrından başlanan “700 min ağac əkək” aksiyası çərçivəsində indiyədək Nizami rayonu ərazisində 1000-ə yaxın müxtəlif növ ağac əkilib. Yeni əkilən ağaclara lazımi aqrotexniki qulluq göstərilib.

Gələn ilin martınadək davam edəcək aksiya çərçivəsində rayon ərazisində daha 1000 min ağacın əkilməsi nəzərdə tutulur.

DİGƏR Partiya xəbərləri Arxiv