YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Goranboy rayon təşkilatı ağacəkmə aksiyası keçirib

YAP Goranboy rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə “700 min ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirib.

Rayon təşkilatından verilən məlumata görə, rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin xidməti ərazisində meşə fondu torpaqlarındakı 14 hektar sahədə badam ağacları əkilib.

Aksiya çərçivəsində 4-10 dekabr tarixlərində 5 min badam tingi əkilib. Aksiya qarşıdakı dövrdə də uğurla davam edəcək. YAP rayon təşkilatı üzvlərinin sayına görə 7 min ədəd ağac əkməyi planlaşdırıb. Növbəti mərhələdə 2 min ədəd badam tingi əkiləcək.