YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Pirallahı rayon təşkilatı “Heydər Əliyev-tarix yaradan şəxsiyyət” adlı anım mərasimi keçirib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Ümummilli lider Heydər Əliyevin vəfatı ilə əlaqədar  “Heydər Əliyev-tarix yaradan şəxsiyyət” adlı anım mərasimi keçirib. Tədbirin əvvəlində  Ulu öndərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Mərasimdə Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti ilə bağlı video-çarx nümayiş olundu.

Tədbirdə çıxış edənlər bu gün müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün xalqımız məhz Ümummilli lider Heydər Əliyevə borclu olduğunu bildirdilər. Qeyd olundu ki, bu gün biz Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə Ulu öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Heydər Əliyevin qurmaq istədiyi, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıyıq.  

Tədbirin sonunda Pirallahı rayonunda fəaliyyət göstərən 186 saylı orta məktəbin şagirdlərinin ifasında Heydər Əliyevə həsr olunmuş şeirlərdən ibarət kompozisiya səsləndirildi.