YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan 9 ayda Gürcüstan iqtisadiyyatına 378,3 milyon dollar sərmayə qoyub

Azərbaycan cari ilin 9 ayında Gürcüstan iqtisadiyyatına 378,3 milyon dollar sərmayə qoyub.

Bu göstərici ilə Azərbaycan Gürcüstana sərmayə qoyan xarici ölkələr sırasında liderdir.

Gürcüstanın Milli Statistika İdarəsinin məlumatında deyilir ki, Azərbaycanın yatırdığı investisiyaların həcmi Gürcüstan iqtisadiyyatına qoyulmuş xarici sərmayənin ümumi həcminin 25,9 faizini təşkil edib. Təkcə cari ilin üçüncü rübündə Azərbaycan Gürcüstana 154,1 milyon dollar investisiya yatırıb.

Cari ilin üç rübündə qonşu ölkənin iqtisadiyyatına ümumilikdə 1 milyard 346,5 milyon dollar xarici investisiya qoyulub.

Gürcüstana ən çox investisiya yatırmış ölkələr sırasında ikinci yerdə 259,2 milyon dollarla Türkiyə, üçüncü yerdə isə 175 milyon dollarla Böyük Britaniya dayanır.