YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ali Radanın deputatı: Ulu öndər Heydər Əliyev Azərbaycan-Ukrayna dostluğunun memarıdır

Ulu öndər Heydər Əliyev Azərbaycan-Ukrayna dostluğunun memarıdır.

Bu fikri Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy söyləyib.

Onun sözlərinə görə, Ukrayna xalqı bu günə qədər də Heydər Əliyevin SSRİ dövründə etdiyi köməyi xatırlayır. Deputat bildirib ki, müstəqillik bərpa edildikdən sonra da Heydər Əliyev Azərbaycan ilə Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında üzərinə düşən tarixi missiyanı böyük ustalıqla yerinə yetirib. Bildirib ki, Ukraynanın ən ağır illərində Heydər Əliyev ölkəmizə əsl dost və qardaş dəstəyini verib, 1990-cı illərdə məhsul yığımı zamanı Ukrayna yanacaq böhranı ilə üzləşəndə yaxın dost və məsləkdaşımız kimi bizə əsl dost yardımını dahi Heydər Əliyev və Azərbaycan xalqı edib. Biz münasibətlərimizin müxtəlif dövrlərini, ölkələrimizin yaşadığı çətin anları heç zaman unutmuruq.

“Məhz bu gün Azərbaycan ilə Ukraynanın beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınması Heydər Əliyevin adı ilə bağlıdır. O zaman həyata keçirilən müdrik siyasət nəticəsində ölkələrimiz arasında davamlı və yüksək səviyyədə iqtisadi və siyasi əməkdaşlıq münasibətləri qurulub”, - deyə M.Kuryaçiy əlavə edib.

Ali Radanın deputatı vurğulayıb ki, bu gün də Azərbaycan ilə Ukrayna arasındakı mehriban dostluq münasibətləri səmimiyyət üzərində qurulub.