YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidentinin müşaviri: “Expo-2025” sərgisinə ev sahibliyi etmək iddiası Azərbaycanın sürətli inkişafının göstəricisidir

“Expo 2025” sərgisinə ev sahibliyi etmək iddiası Azərbaycanın sürətli inkişafının, beynəlxalq aləmdəki mövqelərinin möhkəmlənməsinin, beynəlxalq tədbirlərin təşkilinə dair böyük təcrübəsinin və nəhayət özünə inamın göstəricisidir.

Bu sözləri Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

O, ifadə edib ki, Türkiyə və Azərbaycan bir-birinin sevincinə və kədərinə qardaş məhəbbəti ilə yanaşan ölkələrdir. Prezident İlham Əliyev Polşada Ermənistan dövlət başçısına “Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam”, Prezident Rəcəb Tayyib Ərdoğanın da bəyan etdiyi “İşğalçı qüvvələr Dağlıq Qarabağdan çəkilməyənə qədər təcavüzkar Ermənistanla sərhədlər açılmayacaq” ifadələri nəsillərə örnəkdir.

“Azərbaycan son illər sürətli inkişaf mərhələsinə qədəm qoyub. Bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. “Expo-2025” sərgisinə ev sahibliyi etmək üçün həm böyük potensial, həm də geniş təcrübə mövcuddur. Hesab edirəm ki, Azərbaycanın Antalyadakı “Expo-2015” və Astanadakı “Expo-2017” sərgilərində uğurla təmsil olunması təşkilatçı tərəf üçün cəlbedici olacaq. Türkiyə bu məsələdə də bütün imkanlardan istifadə etməklə Azərbaycanın yanındadır”,- dəyə Prezidentin baş müşaviri vurğulayıb.