YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astanada Heydər Əliyev Muzeyi açılıb

Astanada Azərbaycanın Qazaxıstandakı səfirliyində Heydər Əliyev Muzeyinin açılışı keçirilib.

Tədbir iştirakçıları muzeydə ulu öndər Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto və sənədlərin sərgisi ilə tanış olublar.

Muzeydə sərgilənən foto və eksponatlar ümummilli lider Heydər Əliyev şəxsiyyətinin ucalığını, dünya siyasətindəki yerini və rolunu, türk dünyası qarşısında misilsiz xidmətlərini, Azərbaycandakı tarixi xilaskarlıq missiyasını tərənnüm edir.