YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Azərbaycan qanunlarında hüquqların bərabərliyi əsas götürülüb

Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqları müəyyən istisnalarla ölkə vətəndaşlarının hüquqları kimi qorunur və bu hüquqlar qanunla müəyyən edilir.

Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan "Bərabər hüquqların təmin edilməsi üçün bərabər imkanlar: iştirakçılıq və tərəfdaşlıq" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. /Trend/

Onun sözlərinə görə, Azərbaycanda qəbul olunan qanunlarda hüquqların bərabərliyi əsas götürülüb: "Ölkədə dini etiqad azadlığı qorunur".

B.Muradova qeyd edib ki, ictimai-siyasi sifarişləri nəzərə almaqla qanunlarda dəyişikliklər edilir.

O deyib ki, 15 il ərzində Azərbaycanda Ombudsman İnstitutu özünü möhkəmlədib.