YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjaonu qəbul edib.
Görüşdə Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı.
Dövlətimizin başçısı Azərbaycanda XXIII Bakutel-2017 sərgisində dünyanın bir çox ölkələrindən 190-dan artıq şirkətin iştirak etməsindən məmnunluğunu bildirərək, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjaonun Bakutel-2017-də iştirakının sərginin artıq mühüm beynəlxalq tədbirə çevrilməsinin göstəricisi kimi dəyərləndirdi.
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjao XXIII Bakutel-2017 sərgisinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illər rabitə və informasiya-kommunikasiya sahələrində nailiyyətlər əldə olunduğunu qeyd etdi. Qonaq bu səfəri zamanı Azərbaycanda rabitə və informasiya-kommunikasiya sahələrində bir sıra start-up layihələri ilə tanış olduğunu və bu layihələrin bir hissəsinin reallaşacağına əminliyini bildirdi.
Söhbət zamanı Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.