YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycan dövləti iqtisadiyyatın və sosial sektorun dinamik inkişafı üçün bütün lazımi addımları atır

«Bu gün dünya ölkələrində baş verən sosial-iqtisadi və siyasi proseslərin təhlili fonunda Azərbaycan uğurlu inkişaf yolundadır, qarşısına qoyduğu məqsədlərə nail olur, hətta, perspektiv tərəqqi üçün çox möhkəm təməl yaradılıb.Əlbəttə ki, ölkəmizin qlobal maliyyə-iqtisadi böhranından minimum itkilərlə çıxması, siyasi-hərbi qarşıdurmaların mənfi təsirlərinə məruz qalmaması, əksinə işğal olunmuş torpaqlarının azad olunması üçün diplomatik və hərbi gücünü nümayiş etdirməsi, nəhayət, “sabitlik adası” kimi vətəndaşının rifahını, firavanlığını təmin edə bilməsi Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin nailiyyətləri və uğurlarıdır». Bu fikirləri yap.org.az saytına YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da mütəmadi olaraq öz əksini tapır. Heç də təsadüfi deyilki, Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda daha iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşıb.

«Azərbaycan dövləti iqtisadiyyatın və sosial sektorun dinamik inkişafı, həmçinin, insanların yüksək həyat şəraiti və sağlam mühitdə yaşaması üçün bütün lazımi addımları atır, dövlət proqramları reallaşdırır, qanunvericilik səviyyəsində beynəlxalq hüquq normalarını tətbiq edir. Məhz, qlobal böhranın təsirlərinə baxmayaraq, cənab Prezident İlham Əliyevin göstərişilə yeni iş yerlərinin açılması, ölkədə sosial-iqtisadi vəziyyətin daha da yüksəldilməsi üçün islahatların həyata keçirilməsi uğurlu inkişaf siyasətinin göstəriciləridir»- deyə, S.Vəliyeva vurğulayıb.