YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 7-ci müşavirəsi keçirilir

Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 7-ci müşavirəsi keçirilir. Müşavirədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iştirak edir.

E.Məmmədyarov çıxışında bildirib ki, Xəzərin statusu məsələsinə dair aparılan danışıqlarda xeyli iş görülüb və hazırda məsələnin həlli üçün yaxşı imkanlar var. Xəzəryanı dövlətlərin hamısı belə bir ümumi rəyə gəliblər ki, konsensuma nail olunması üçün maksimum səy göstərilməlidir.

Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın xarici siyasət idarələri başçıları danışıqlarda əsas diqqəti Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya, habelə Xəzərdə iqtisadiyyat, nəqliyyat, hərbi dənizçilik, brakonyerliyə qarşı mübarizə, gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi sahələrində əməkdaşlığı və bəzi başqa məsələləri tənzimləyən sənədlər üzərində cəmləşdiriblər.

Sənədlər Xəzər hövzəsi ölkələri dövlət başçılarının növbəti sammitinə təqdim ediləcək.

 

DİGƏR Xəbərlər Arxiv