YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Şəmkir rayon təşkilatı ağacəkmə aksiyası keçirib

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı partiyanın yaranmasının 25 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirib.

“700 min ağac əkək” kampaniyası çərçivəsində Şəmkir rayonunun qəsəbə və kəndlərində müxtəlif növ ağac əkilib. Bu kampaniyada təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işi Şəmkir rayonunda da uğurla həyata keçirilir.

Ağacəkmə kampaniyasında YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, təşkilatın əməkdaşları, Yeni Azərbaycan Partiyasının fəalları, gənclər iştirak ediblər.

Qeyd edək ki, Şəmkir rayonunda “700 min ağac əkək” kampaniyası tədbirlər planına uyğun olaraq davam etdiriləcək.