YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Bu gün müstəqil dövlətimiz hər bir vətəndaşımızın qürur yeridir

«Azərbaycan müsəlman Şərqində ilk demokratik respublikalı dünyəvi dövlət qurub». Bu fikri AMEA-nın  Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, xalqımızın çoxəsrlik tarixi var. Ermənilər isə nəinki Qafqaza, hətta Asiya qitəsinə də gəlmədirlər. Onların Cənubi Qafqazda məskunlaşmaları çar Rusiyasının köçürmə siyasəti ilə bağlıdır. Cənubi Qafqazda erməni dövləti Azərbaycan torpaqlarında yaradılıb.

«Prezident İlham Əliyevin Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrilib. Azərbaycanın qazandığı nailiyyətlər hər birimizi sevindirir. Bu gün müstəqil dövlətimiz hər bir vətəndaşımızın qürur yeridir. Bu gün Azərbaycanın hər yerində üçrəngli bayrağımız dalğalanır. İnanıram ki, dövlət bayrağımız tezliklə işğal altında olan doğma torpaqlarımızda dalğalanacaq»- deyə, Y. Mahmudov vurğulayıb.