YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Sahibkarlar Konfederasiyası Çin Beynəlxalq Ticarətin Təşviqi Şurası ilə anlaşma memorandumu imzalayıb

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) Çin Beynəlxalq Ticarətin Təşviqi Şurası ilə anlaşma memorandumu imzalayıb.

Dekabrın 4-də Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının Yunnan əyaləti bölməsi (CCPIT) və Çin Beynəlxalq Ticarət Palatasının (CCOIC) nümayəndələri Azərbaycana işgüzar səfərə gəlib. Çin nümayəndələrinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşü zamanı ASK ilə Çin Beynəlxalq Ticarətin Təşviqi Şurası Yunnan bölməsi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Bildirilib ki, 1952-ci ildə yaradılmış Çin Beynəlxalq Ticarətin Təşviqi Şurası Çinin iqtisadi və ticarət sektorlarını təmsil edən ən iri təşkilat və müəssisələri öz ətrafında birləşdirən qurumdur. Şuranın əsas məqsədi hökumət və özəl müəssisələrə xidmət göstərmək, xarici ticarəti, xarici sərmayələrin cəlbini və özəl sektorun, iqtisadi əməkdaşlığın beynəlmiləlləşməsini təşviq etməkdir. 3000-ə yaxın müəssisəni öz ətrafında birləşdirən Yunnan əyaləti bölməsi dünyanın 70-dən çox ölkəsində milli ticarət palataları ilə əməkdaşlıq edir.