YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu beynəlxalq aləmdə türk dünyasını uğurla təmsil edir

Noyabrın 30-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub.

Fondun prezidenti Günay Əfəndiyeva Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr, türk dünyasının maddi-mənəvi irsinin və tarixinin qorunması istiqamətində apardığı işlər barədə danışıb. Günay Əfəndiyeva Fondun üzv dövlətlərindən biri olan Türkiyənin türk dünyasının ayrılmaz parçası olduğunu söyləyib.

O, Prezident İlham Əliyevin Fondun fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq Sərəncam imzaladığını qeyd edib və bunun əsasında Fond üçün Bakı şəhərinin mərkəzində inzibati binanın ayrıldığını, burada təmir-bərpa işlərinin aparıldığını deyib.

Mövlud Çavuşoğlu bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu fəaliyyətə başladığı qısa müddət ərzində beynəlxalq aləmdə türk dünyasını uğurla təmsil edir. Nazir, eyni zamanda, türk mədəniyyətinin qorunması, gələcək nəslə ötürülməsi istiqamətində Fondun əvəzsiz rolunu vurğulayıb, bu istiqamətdə Türkiyənin hər zaman qurumun yanında olduğunu və onu gələcəkdə də dəstəkləyəcəyini söyləyib.