YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Verner İohannisə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti  Klaus Verner İohannisə, Rumıniyanın milli bayramı – Birlik Günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Azərbaycan ilə Rumıniyanı strateji tərəfdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, daim genişlənən dostluq əlaqələrimiz, ikitərəfli və çoxtərəfli qaydada müvəffəqiyyətlə davam edən əməkdaşlığımız bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına töhfələr verəcəkdir”.

 

 

 

DİGƏR Xəbərlər Arxiv