YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Üçtərəfli görüşdə əsasən iqtisadi əməkdaşlığın inkişafı məsələləri müzakirə olundu

Biz bu görüşün keçirilməsində maraqlı idik. Birinci üçtərəfli görüşdə əsasən ölkələrimiz arasında iqtisadiyyatin inkişafı, xüsusilə ticarət dövriyyəsinin artırılmasına dair məsələlər müzakirə edildi.

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə və Pakistan xarici işlər nazirləri ilə keçirilən birinci üçtərəfli görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Nazir bu il Azərbaycanın hər iki ölkə ilə diplomatik münasibətlərinin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyib. O qeyd edib ki, beynəlxalq təşkilatlarda ölkələrimizin mövqeləri üst-üstə düşür.

Nazir görüşdə regional münaqişələr, terrorla mübarizə barədə də müzakirələrin aparıldığını diqqətə çatdırıb.

Elmar Məmmədyarov vurğulayıb ki, görüşdə Azərbaycanın və Türkiyənin yaratdığı nəqliyyat dəhlizindən Pakistanın da yararlanması təklif olundu. “Ölkələrimiz arasında ikitərəfli və ya üçtərəfli hava nəqliyyatının bərpa olunması məsələsini də müzakirə etdik. Enerji sahəsində əməkdaşlığın yüksək səviyyəsindən məmnunuq. Parlamentlərarası münasibətlərimiz də yüksək səviyyədədir, amma bu əlaqələr daha da genişləndirilməlidir. Beləliklə, Azərbaycan tərəfi bu görüşdən məmnundur”, - deyə xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.