Xəbərlər
Milli Məclisin bu günkü iclasında bir sıra qanunlara əlavə və dəyişikliklər olmaqla 30 məsələnin müzakirə edilməsi nəzərdə tutulur
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Iclasda İnzibati Xətalar Məcəlləsinə, Vergi Məcəlləsinə, Mülki Məcəlləyə, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Notariat haqqında" və digər qanunlara əlavə və dəyişikliklər olmaqla 30 məsələnin müzakirə edilməsi nəzərdə tutulur.