YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən ay Bakı-Tbilisi-Ceyhan kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub

Avqust ayında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 475 min 365 ton Azərbaycan nefti nəql olunub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən bildiriblər ki, cari ilin yanvar-avqust aylarında bu kəmərlə 19 milyon 570 min 007 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il sentyabrın 1-dək Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə 254 milyon 886 min 511 ton neft vurulub.
Keçən ay BTC kəməri ilə, ümumilikdə, 486 min 320 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.