YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının IX konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının IX konfransı keçirilib.

Konfrans nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin Naftalan şəhərindəki abidəsini ziyarət edərək önünə tər gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.  

Konfrans Naftalan şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə işinə başlayıb.

Tədbirdə Yeni Azərbaycan Partiyasının  fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. 

YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev VIII konfransdan ötən dövr ərzində görülən işlərdən və nailiyyətlərdən bəhs edən hesabat məruzəsi ilə çıxış edib. H. Qocayev bildirib ki, hazırda təşkilatının 1226 nəfər üzvü 37 ərazi ilk partiya təşkilatında birləşib. Hesabat məruzəsində qeyd olunub ki, VIII konfransdan keçən müddət ərzində 240 nəfər partiya sıralarına qəbul edilib.

Sonra YAP Naftalan şəhər təşkilatının Nəzarət-Təftiş Qrupunun üzvü Anar Əsədzadənin hesabat məruzəsi dinlənilib. Məruzələr ətrafında rayon təşkilatının  Qadınlar Şurasının üzvü Kəmalə Hüseynova, Gənclər Birliyinin sədri Aynurə Novruzova çıxış ediblər.

Tədbirdə çıxış edən  Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov  bildirib ki, YAP-ın yaranması ilə respublikamızın ictimai-siyasi həyatında yeni tarixi mərhələnin əsası qoyulub: “Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP özünü bütün mənalarda təsdiqləyərək yeni tarixin yeni çalarlarını özündə birləşdirməyi bacarıb. Ulu Öndərin davamçısı Prezident İlham Əliyevin möhkəm təməl üzərində qurulan Yeni Azərbaycan Partiyasına rəhbərliyi dövründə daha böyük əzmkarlıq və yaradıcılıq nümayiş etdirilib. Partiyanın sosial bazası əhəmiyyətli dərəcədə güclənib.”

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə YAP-ın yaranma tarixindən, ölkəmizin ictimai-siyasi həyatındakı rolundan, keçdiyi şərəfli inkişaf yolundan söhbət açıb. Qeyd edib ki, YAP Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yaranıb. Partiya yarandığı ilk gündən ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərərək milli müstəqilliyimizin qorunmasına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, iqtisadiyyatımızın inkişaf etdirilməsinə layiqli töhfələrini verib: “Məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti parçalanmaqdan, anarxiya, xaos və tənəzzüldən xilas olaraq bugünkü yüksək inkişaf səviyyəsinə gəlib çıxdı. Nail olduğumuz müstəqillik bu gün möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində daha da möhkəmlənib və əbədilik qazanıb.”

Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün ölkəmizdə qazanılan bütün nailiyyətlər dövlətimizin başçısı,  Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Azərbaycanı Cənubi Qafqazın lideri etməklə yanaşı, beynəlxalq müstəvidə də nüfuzunu əhəmiyyətli dərəcədə artırıb, ölkəmizi sülh və sabitlik adasına çevirib.

Sonda hesabat məruzəsi ətrafında hazırlanmış qətnamə oxunaraq qəbul edilib. Eyni zamanda, təşkilati məsələlərə baxılıb. Qocayev Hatəm Əli oğlu yenidən YAP Naftalan şəhər təşkilatının sədri seçilib.