YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksis Şahtaxtinski: Azərbaycanın tolerantlıq modeli Avropa üçün önəmlidir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ATƏT-in Azərbaycanda layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski ilə görüşüb.

Komitədən verilən məlumata görə, Mübariz Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olması, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün şəraitin yaradılması barədə ATƏT rəsmisinə məlumat verib. Eyni zamanda, Azərbaycanda dini abidələrin tikinti və bərpa işlərinə dövlət səviyyəsində böyük qayğının olduğunu vurğulayıb.

Aleksis Şahtaxtinski ATƏT-in tolerantlıqla bağlı müxtəlif layihələrinin olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanın mövcud tolerantlıq modeli Avropa üçün önəm kəsb edir. ATƏT rəsmisi gələcəkdə də bu təcrübənin təşviq edilməsi istiqamətində birgə tədbirlərin keçirməsinin əhəmiyyətli olacağını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən bir sıra layihələr ətrafında fikir mübadiləsi aparılıb.