YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsal Hüseynov: Bu gün güclü Azərbaycan həm də illər öncə ortaya qoyulmuş müdrik, uzaqgörən yanaşmanın və cəmiyyətin inkişafını şərtləndirən Konstitusiyanın nəticəsidir

«Azərbaycan Respublikasının ən yüksək hüquqi qüvvəyə malik olan Ana Qanununda dövlətçiliyin möhkəmləndirilməsi və sivil cəmiyyətin formalaşması xalqın niyyəti kimi bəyan edilmişdir. Yəni, konstitusiyamızın hər bir müddəası bu niyyətlərin reallaşdırılmasına xidmət edir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov deyib.

V.Hüseynov bildirib ki,         Konstitusiyanın məzmunu, keyfiyyəti, ictimaiyyətin maraqları ilə uzlaşma səviyyəsi ilə dövlətin gücü və davamlı inkişafı arasında birbaşa əlaqə mövcuddur.  Onun sözlərinə görə, Azərbaycan dövlətinin də bu günkü gücündə, beynəlxalq nüfuzunda, sosial-iqtisadi inkişaf səviyyəsində Konstitusiyanın rolu çox əhəmiyyətlidir.

«Bu gün yaşadığımız güclü Azərbaycan həm də  illər öncə ortaya qoyulmuş müdrik, uzaqgörən yanaşmanın və cəmiyyətin inkişafını şərtləndirən Konstitusiyanın nəticəsidir. Konstitusiyamız nəinki sivil cəmiyyətin möhkəmlənməsi və inkişafı üçün tam çərçivəni müəyyən edir, həm də onun formalaşmasında hüquqi əsas kimi çıxış edir. Dövlətin hüquqi və demokratik təsisat  kimi formalaşması üçün eyni qaydada fəal vətəndaş iştirakçılığı zəruridir. Vətəndaş iştirakçılığı isə məhz konstitusiyanın müəyyən etdiyi hüquq və azadlıqlar vasitəsilə tanınır və həyata keçirilir. Nəticədə, sivil cəmiyyətin formalaşması prosesi öz başlanğıcını məhz konstitusiyanın müddəalarından götürür»- deyə, deputat vurğulayıb.