YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hindistan səfiri: Bakı Şopinq Festivalı istehsal sahəsinin şaxələndirilməsinə zəmin yaradır

Azərbaycanda şopinq festivalının keçirilməsi qeyri-neft sektorunun inkişafından xəbər verir. Bu layihə, xüsusilə ölkəyə turist axını baxımından əlverişli layihədir.

Bu sözləri Hindistanın Azərbaycandakı səfiri Sancay Ranan festivalın saytına açıqlamasında deyib.

Səfirin sözlərinə görə, belə festivalı təşkil etmək ilk növbədə böyük iqtisadi potensial tələb edir. “Şopinq Festivalın əhəmiyyəti həm də ondadır ki, bu, ölkənin istehsal sahəsinin şaxələndirilməsinə zəmin yaradır. Azərbaycan hökuməti artıq ikinci dəfədir şopinq festival keçirir. Nəticədə ölkəyə turist axını müşahidə olunur. Hindistandan gələn turistlər də Bakı Şopinq Festivalına maraqla yanaşırlar. Məlum olduğu kimi, Bakıda böyük Hindistan sərgisi təşkil olundu. Bu sərginin iştirakçıları da festivalın əlverişli imkanlarından yararlandılar”, – deyə diplomat bildirib.