YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Tovuz rayon təşkilatında Yeni Azərbaycan Partiyasının 25 iilik yubileyi böyük təntənə ilə qeyd edilib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü ilə əlaqədar YAP Tovuz rayon təşkilatı təntənəli tədbir keçirib.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edib, abidənin önünə gül-çiçək dəstələri düzüblər.

Yubiley tədbirində YAP rayon təşkilatının sədri Məzahir Bayramov partiyanın yaranma tarixi, keçdiyi yol və uğurları barədə geniş məruzə ilə çıxış edib. M.Bayramov deyib ki, partiyamızın tarixi və onun keçdiyi çətin və şərəfli yol göstərdi ki, bu partiyanın təməl daşlarını qoyanlar yeni müstəqil dövlətimizin siyasi–iqtisadi, sosial–mədəni inkişafının istiqamətini müəyyən etməkdə öz seçimlərində, düşüncə və əməllərində tam haqlı olublar. YAP Tovuz rayon təşkilatının sədri vurğulayıb ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının üzvləri, bütövlükdə Azərbaycan xalqı Ulu öndərimiz Heydər Əliyevin xəttinə, Heydər Əliyev şəxsiyyətinə və siyasətinə sədaqətdə dönməzdir.

Tədbirdə çıxış edən YAP  Tovuz rayon təşkilatı Gənclər Birliyinin sədri Nihad Pənahov, Qadınlar Şurasının sədri Aybəniz Dəmirova, partiya veteranı Vilayət Həsənov partiyanın yaranmasından ötən 25 ildə əldə olunan uğurlardan və ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən, partiya fəaliyyətində qadınların iştrakına xüsusi önəm verilməsindən, onalrın hər zaman siyasi mübarizənin önündə getməyə hazır olmalarından bəhs ediblər.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı, YAP Tovuz rayon təşkilatı İdarə Heyətinin üzvü Tofiq Zeynalov bildirib ki, Yeni Azərbaycan Partiyasının güclü siyasi təşkilat kimi formalaşması ölkəmizin içtimai-siyasi həyatında iqtidar partiyası kimi aparıcı yer tutması dövrün məntiqi reallığı idi. Heydər Əliyev siyasi baxışlarından və siyasi fəlsəfəsindən səmərəli şəkildə bəhrələnməsi partiyanın qələbələr qazanmasını şərtləndirirdi. Bu gün də YAP möhtərəm Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır.

Tədbirin sonunda rayonun içtimai-siyasi həyatında fəal iştrak edən bir qrup partiya üzvlərinə Fəxri Fərmnan və qiymətli hədiyyələr verilib, partiya siralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim olunub.