YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafail Əhmədli: Bu gün fəxrlə deyə bilərik ki, gənc nəslimizdə çox yüksək dövlətçilik hissi, Vətənə, millətə sevgi ruhu formalaşıb

«Bu gün fəxrlə deyə bilərik ki, gənc nəslimizdə çox yüksək dövlətçilik hissi, Vətənə, millətə sevgi ruhu formalaşıb. Gənclərimizdə Vətən əxlaqı, millət əxlaqı formalaşıb. Artıq gənclərimiz müstəqil dövlətin nə olduğunu dərk edib onun bayrağını canları qədər sevir». Bu fikirləri yap.org.az saytına müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının şöbə müdiri, professor Rafail Əhmədli deyib.

R.Əhmədli bildirib ki, ölkəmizin əlamətdar günlərində vətəndaşlarımızın, xüsusilə gənclərimizin əlində saysız-hesabsız bayraqları gördükdə hər birimiz şərəf hissi keçirməyə bilmirik. Bununla yanaşı çalışmalıyıq ki, bayrağımızın simvollarını onun özündə daşıdığı mahiyyəti böyüməkdə olan nəslimizə dərindən aşılayıb onun keçdiyi tarixi yolu tədris ocaqlarında hərtərəfli izah edək.

««Türkçülük, müasirlik, islamçılıq» kimi mahiyyəti özündə əks etdirən ideoloji sistem XIX əsrin ikinci yarısından başlayan milli-mənəvi inkişafın nəticəsi olub, ədəbiyyatın, mətbuatın, ayrı-ayrı mütəfəkkirlərin, siyasət, elm, mədəniyyət və incəsənət xadimlərinin təfəkküründə formalaşıb, cəmiyyətə mərhələ-mərhələ təqdim edilərək sonda dövlət ideologiyası səviyyəsinə qaldırılıb. Bu ideoloji sistem  rəsmiləşərək Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət atributu olan üçrəngli, ay-ulduzlu bayrağımızda əksini tapıb. Bu ideoloji sistem xalqımıza eyni sosial-siyasi məkanda milli-mənəvi yaddaşın qorunmasını, onun yüksəlişini təmin edən fəlsəfi-estetik təməli, onun nəzəri əsasını, milli tərəqqi təlimini bəxş edib. Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən devrilməsindən sonra bu üç sütunlu ideoloji sistemə yenidən müstəqillik qazanan Azərbaycan Respublikası sahib çıxdı. Mənəvi irsimiz olan bu ideoloji sistem bugünkü qloballaşma prosesində də öz aktuallığını saxlamaqdadır»- deyə, R.Əhmədli qeyd edib.