YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qroznıda Heydər Əliyev adına park açılacaq

Qroznıda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan park açılacaq. Parkın sahəsi təxminən 10 min kvadratmetr olacaq.

Çeçenistan paytaxtının meri Müslüm Xuçiyev bu barədə TASS agentliyinə müsahibəsində danışıb. Onun sözlərinə görə, “Müasir şəhər mühitinin formalaşması” adlı prioritet layihə çərçivəsində salınan Heydər Əliyev adına park 2017-ci ilin sonuna qədər açılacaq.

M.Xuçiyev deyib: ““Müasir şəhər mühitinin formalaşması” adlı prioritet layihənin həyata keçirilməsi çərçivəsində Qroznının mərkəzində Heydər Əliyev adına parkın tikintisi ilə bağlı işlər fəal şəkildə davam edir. Ərazisinin sahəsi təxminən 10 min kvadratmetr olan parkda yaşıllıqlar salınacaq, o cümlədən ağcaqayın, cökə, qayın ağacları və müxtəlif çoxillik güllər əkiləcək”.