YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı Metropoliteni işçiləri təltif edilib

Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropoliteninin 50 illik yubileyi münasibətilə metronun tikintisində və istismarında səmərəli fəaliyyətinə görə bir qrup metropolitençinin təltif edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən bir nəfər “Şöhrət” ordeni, 27 nəfər “Tərəqqi” medalı ilə təltif olunub, 3 nəfərə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Həmçinin Bakı Metropoliteninin 50 illik yubileyi münasibətilə metronun tikintisində və istismarında səmərəli fəaliyyətinə görə 3 nəfərə “Əməkdar mühəndis” fəxri adı verilib.