YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazir Artur Rasi-zadə Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Noyabrın 2-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə regionun ən çox inkişaf etmiş ölkəsi olan Azərbaycanın iqtisadiyyatının Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak etdiyi məmnunluqla vurğulanıb, habelə Azərbaycanla Monteneqro arasında iqtisadi-mədəni əməkdaşlığın inkişafı üçün də böyük potensialın olduğu qeyd edilib. Xüsusən qeyri-neft sektorunda, nəqliyyat, sənaye, sərmayə qoyuluşu, infrastruktur, turizm, ticarət və humanitar sahələrdə müştərək fəaliyyətin genişləndirilməsinin hər iki ölkənin mənafeyinə uyğun olduğu bildirilib. Bu baxımdan hökumət qurumlarının və özəl biznes təmsilçilərinin qarşılıqlı səfərlərinin, təcrübə mübadiləsinin, birbaşa işgüzar əlaqələr yaradılmasının faydalı əməkdaşlığın inkişafına təkan verəcəyi qeyd edilib. Ölkələrimiz arasında bir çox istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi üçün münbit şəraitin olduğu nəzərə alınmaqla, yeni müştərək layihələr üzərində çalışmağın səmərəli olacağı bildirilib.

Söhbət zamanı təcavüzkar separatizm meyillərinin bütün dünyada sülhə və əmin-amanlığa böyük təhlükə olduğunu vurğulayan tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini bildiriblər.

Görüşdə Azərbaycan və Monteneqro arasında əməkdaşlığın perspektivinə dair tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.