YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının IX konfransı keçirilmişdir

Noyabrın 2-də Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının IX konfransı keçirilmişdir.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin  abidəsi önünə gül- çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Konfransda YAP Siyasi Şurasının üzvlərindən MM-in komitə sədri  Hadı Rəcəbli və Milli Məclisin deputatı Mirkazım Kazımov,  rayon İcra Hakimiyyətinin  başçısı Sevindik Hətəmov, MM-in deputatı Əliağa Hüseynov iştirak etmişlər.

 Konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə  başlanmış, daha sonra Yeni Azərbaycan Partiyasının yaranması və onun 25 illik uğurlu fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilmişdir.

Konfransda YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov çıxış edərək partiyanın 25 ildə keçdiyi əzmkar yolundan, siyasi meydana çıxmasının mövcud ictimai-siyasi şəraitdən asılı olmasından danışmış, rayon təşkilatının fəaliyyəti haqqında geniş hesabat vermişdir. Natiq bildirmişdir ki, YAP Salyan rayon təşkilatı rayonda keçirilən bütün ictimai-siyasi tədbirlərdə yaxından iştirak etmişdir.

           Sonra məruzə ətrafında çıxış edənlər Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirmiş, partiyanın rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulamışlar.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılmış, Rəşad Cəbrayılov yenidən yekdilliklə YAP Salyan rayon təşkilatının sədri seçilmişdir. Sonra 51 nəfərdən ibarət şura, 17 nəfərdən ibarət idarə heyəti, 7 nəfər tərkibdə  nəzarət təftiş qrupu seçilmişdir.

Konfransın yekununda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik münasibətilə rayonun ictimai-siyasi həyatında fərqlənənlərə YAP rayon təşkilatı tərəfindən fəxri fərmanlar, qiymətli hədiyyələr və partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilmişdir.