YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin mühüm bir hissəsidir

«Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin mühüm bir hissəsidir. Hazırda Avropa və Asiya arasında olan ticarət əlaqləri, yük daşımaları hər il genişlənir. Avropa Birliyi ilə Çin arasında ticarət həcmi 500 mlrd dolları, yük daşımalarının həcmi isə illik 100 milyon tonu keçir.Genişlənməkdə olan bu əlaqələr tranzit ölkələr üçün də böyük iqtisadi mənfəət vəd edir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, hazırda Avropa Birliyi və Çin arasındakı yükdaşımalar şimaldan Trans-Sibir dəmir yolu vasitəsilə Rusiya ərazisindən keçməklə, cənubdan isə Hind okeanı-Süveyş kanalı dəniz yolu ilə daşınır. Onun sözlərinə görə, şimal dəmir yolu marşurutu əsasən siyasi cəhətdən Avopa Birliyi ölkələri ilə sabit münasibətəri olmayan Rusiyadan keçdiyindən yüksək siyasi risklər daşıyır. Cənub dəniz yolu marşurutu ilə xeyli vaxt tələb etdiyindən ticarətin artan dinamikliyinə cavab verə bilmir. Məhz bu konteksdə Avrasiya məkanında daha qısa, siyasi cəhətdən sabit və bütün bölgələrin inkişafına təkan verəcək bir marşruta ehtiyac yaranmışdır.

«Məhz 2007-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi, Azərbaycan dövlətinin iqtisadi dəstəyi ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi üzrə Azərbaycan-Türkiyə-Gürcüstan arasında saziş imzalandı. Qeyd etmək lazımdır ki, o zamanlar digər bir layihənin də həyata keçirilməsi üçün Ermənistan rəhbərliyi və onların havadarları bütün güclərini sərf etmişdilər.  Bu layihə, Qars-Gümrü-Tbilisi layihəsi idi. Bu layihənin həm də bəzi hissələri hazır idi hətta. Ancaq Azərbaycan dövlətini gücü, Azərbaycan Prezidentinin nüfüzu və Bakı-Tbilisi-Qars layihəsinin iqtisadi potensialı bu layihənin mübarizədə qalib gəlməsinə səbəb oldu. Bir neçə gündən sonra istismara veriləcək Bakı-Tbilisi-Qars dəmir yolun ilkin mərhələdə ildə 1 milyon sərnişin və 6.5 milyon ton yük daşımaq gücünə sahibdir. Dəmir yolunun ildə 3 milyon sərnişin və 20 milyon ton yük daşımaq potensialı vardır. BTQ layihəsi qərd istiqamətində Türkiyə ərazisindən Marmaray layihəsi vasitəsilə Avrasiya tunelindən keçməklə Avropa Birliyi dəmir yolları şəbəsinə inteqrasiya olunub. Şərqdə isə Xəzər dənizinin şərq limanları vasitəsilə Çinə qədər uzanacaq. Qeyd etmək lazımdır ki, hazırda Qazaxstan Respublikası Aktau limanın yük aşırma gücünü ildə 19.5 milyon tona qədər çatdırmışdır. Ələtdə inşa olunan Bakı Beynəlxalq Ticarət Dəniz Limanın da ilkin mərhələdə yükaşırma gücü 10 milyon ton ətrafındadır. HazırdaTürkiyə-Gürcüstan-Azərbaycan arasında xarici ticarətin həcmi 4.2 mlrd dollardır. İlkin hesablamalara görə BTQ dəmir yolunun işə düşməsi ilə hər üç ölkə arasındakı ticarətin həcmi 10 mlrd dollara çatacaqdır. Layihənin tam işə düşməsi ilə Azərbaycanın yüklərin tranzitindən əldə edəcəyi gəlir 1 milyard dollardan çox olacaqdır. Əlavə üçün xatırlamaq lazımdır ki, Azərbaycanın iştirakçısı olduğu digər mühüm bir beynəlxalq dəmir yolu layihəsinin bu yaxınlarda işə düşməsi planlaşdırılır. Bu Şimal-Cənub beynəlxalq dəmit yolu layihəsidir ki, bu layihənin də Bakı-Tbilisi-Qars dəmir yolu ilə inteqrasiyası Azərbaycan üçün əlavə böyük iqtisadi fayda yaradacaqdır.

Bu layihə həm də Azərbaycan ixracatçıları üçün yeni bazarlara daha sürətli və ucuz xərclərlə çıxmaq imkanı yaradacaqdır ki, bu da ölkənin ixrac siyasətinin güclənməsinə böyük təkan verəcəkdir»- deyə, komitə üzvü vurğulayıb.