YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Biz Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində işləyirik

Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində də önəmli addımlar atır.

Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimindəki çıxışında bu barədə danışan Prezident İlham Əliyev Azərbaycan ərazisində Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı bütün işlərin tamamlandığını bildirib. Qeyd edib ki, bütün infrastruktur hazırdır və eyni zamanda, Azərbaycan digər ölkələrdə infrastrukturun yaradılması ilə bağlı öz texniki və maliyyə imkanlarını ortaya qoyur. Azərbaycan Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində işləyir.

“Bakı-Tbilisi-Qars tarixi İpək yolunun bir hissəsinin bərpası deməkdir və buradan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya, Avropa ölkələrini birləşdirəcək və Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə resurslarını ortaya qoyan ölkədir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.